Ukrayna şəhəri intensiv raket və artilleriya atəşinə məruz qalıb
Ötən sutka ərzində Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərini atəşə tutması nəticəsində 21 dinc sakin həlak olub, 112 nəfər yaralanıb.
İctimairey.az xəbər verir ki, bu barədə Xarkov meri Oleq Sinequbov Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, son 24 saat ərzində şəhər intensiv raket və artilleriya atəşinə məruz qalıb.
Martın 2-də səhər saatlarında Rusiya hərbçiləri Xarkovda polis idarəsinin və universitetin binalarına raket zərbələri endirib.
RF Silahlı Qüvvələrinin mexanikləşdirilmiş bölmələrinin keçməyə çalışdığı şimal-şərq və şimal məhəllələri vurulub. Bütün hücumlar dəf edilib, 40-dan çox hərbi texnika ələ keçirilib.
Sinequbov əlavə edib ki, Rusiyaya məxsus Su-25-lər Xarkov vilayətinin Çuqevski rayonundakı aerodroma hücum edib. Ukrayna hərbçiləri Rusiya Aerokosmik Qüvvələrinə məxsus bir təyyarəni vurub.