SON XƏBƏR: Bayden ABŞ-ın Ukraynaya qoşun yeritməyəcəyini bildirib

0

ABŞ prezidenti Co Bayden deyib ki, Amerika NATO-nun “hər qarış ərazisini” müdafiə etməyə hazırdır, lakin Ukraynada döyüşmək fikrində deyil.

“Açıq deyirəm: bizim qüvvələrimiz Ukraynada Rusiya qüvvələri ilə münaqişədə iştirak etməyəcək. Bizim qüvvələrimiz Ukraynada döyüşmək üçün Avropaya getməyəcək, lakin  NATO müttəfiqlərimizi qoruyacaqlar”, – Bayden Konqresdəki çıxışında deyib.

Onun sözlərinə görə, ABŞ “ölkələri, o cümlədən Polşa, Rumıniya, Latviya, Litva, Estoniyanı müdafiə etmək” üçün quru, dəniz və hava qüvvələrini səfərbər edib. Bayden əlavə edib ki, Birləşmiş Ştatlar və onun tərəfdaşları Ukrayna ilə bağlı vəziyyətdə vahid olaraq qalırlar.

Onun sözlərinə görə, ABŞ və tərəfdaşları Ukraynaya mümkün müdaxiləyə diqqətlə hazırlaşıblar. “Avropalı müttəfiqlərimizi birləşdirməyə saysız-hesabsız saatlar sərf etmişəm. Biz müttəfiqlərimizlə birlikdə hazırda güclü iqtisadi sanksiyalar tətbiq edirik. Biz müttəfiqlərimizlə birlikdə, ukraynalıları azadlıq uğrunda mübarizələrində hərbi, iqtisadi, humanitar yardımla dəstəkləyirik. Biz Ukraynaya 1 milyard dollardan çox birbaşa yardım göstəririk”, – deyə o bildirib. Bayden həm də həmvətənlərini əmin edib ki, onlar Ukraynadakı hadisələrin nəticələrindən qorxmamalıdırlar. “Mən bilirəm ki, baş verənlər haqqında xəbər bütün amerikalıları narahat edə bilər, amma bilmənizi istəyirəm ki, bizdə hər şey yaxşı olacaq”, – Amerika lideri bildirib.

ABŞ prezidenti Co Bayden martın 1-də Konqresdəki çıxışında Vaşinqtonun ölkənin hava məkanını bütün Rusiya təyyarələri üçün bağladığını bildirib.

“Bu gün elan edirəm ki, biz müttəfiqlərimizi izləyirik ki, Rusiyanı bütün uçuşları üçün Amerika hava məkanını bağlayıb və onların iqtisadiyyatına təzyiq etməklə, daha da təcrid edir”. ABŞ Nəqliyyat Departamenti bildirib ki, ABŞ hava məkanından istifadəyə qoyulan qadağa, Rusiya ilə əlaqəli bütün təyyarələrə, o cümlədən çarter reyslərinə şamil edilir. “Bildiriş Rusiya ilə əlaqəli hər hansı şəxs tərəfindən sertifikatlaşdırılmış, idarə olunan, qeydiyyatdan keçmiş və ya nəzarət edilən bütün təyyarələrə şamil ediləcək. Buraya çarter reysləri də daxildir.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »