OLena Zelenskaya: Ərimin və uşaqlarımın yanındayam

0

Ukrayna prezidentinin həyat yoldaşı Olena Zelenska ərinin Rusiya işğalına qarşı ən böyük dəstəkçisi oldu. Olena İnstaqram hesabını paylaşaraq, həyat yoldaşı və uşaqlarının yanında olacağını bildirib.

İctimairey.az xəbər verir ki,  ölkədən qaçmaqdansa, ərinin yanında qalmağa üstünlük verən Olena Zelenska İnstaqram hesabı ilə əri və uşaqlarının yanında olacağını bildirib.

Olena “Uşaqlarım mənə baxır. Uşaqlarımın yanındayam. Həyat yoldaşımın yanındayam” şərhi ilə paylaşım edib.Ukraine's first lady tests positive for coronavirus | The Times of Israel

Əvvəlcə ərinin siyasətə girməsinə qarşı çıxan Olena memarlıq məktəbini bitirdikdən sonra, komediya sənayesinə ssenarist kimi daxil olub.

Yazdığı komediya ilə ərini qısa müddətdə ölkənin ən yaxşı komediya aktyoru etməsinə baxmayaraq, Ukraynanın birinci xanımı olduqdan sonra, gözdən uzaq, təvazökar həyata üstünlük verib.

Olena ssenari müəllifliyi ilə yanaşı moda ilə də maraqlanır, dünyaca məşhur moda jurnalı “Vogue”un üz qabığı üçün pozalar verir.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »