DƏHŞƏT: Meksikanın Xalisko ştatında insan qalıqlarının olduğu 52 çanta tapılıb

Tlajomulko qəsəbəsində üç fərqli fermada aparılan qazıntılar zamanı insan olduğu düşünülən bədən və sümük parçaları tapılıb.

Dövlət Prokurorluğundan verilən açıqlamada, qalıqların neçə nəfərə aid olduğunun müəyyən edilməsi , məhkəmə-tibb morquna göndərildiyi bildirilib.

Bölgədə qazıntı işlərinin bir müddət də davam edəcəyi paylaşılıb.

Bundan əvvəl, fevralın 13-də Xalisko ştatının Zapopan şəhərində içərisində insan qalıqları olan 18 çanta tapılmışdı.Meksika'da içinde insan kalıntıları olan 52 çanta bulundu - Timeturk Haber

İnsan Haqları, Əhali və Miqrasiya üzrə müşaviri Alejandro Encinas 2006-2021-ci illər arasında Meksikada 82 mindən çox insanın itkin düşdüyünü açıqlayıb.

Xalisko ştatında fəaliyyət göstərən “Jalisco Next Generation” narkotik karteli regionun ən güclü qruplaşması kimi tanınır.

 

 

Comments are closed.

Tərcümə »