SON XƏBƏR: ABŞ 12 rusiyalı diplomatı BMT-yə persona non qrata elan edib və martın 7…
ABŞ 12 rusiyalı diplomatı BMT-yə persona non qrata elan edib və onlara martın 7-dək ölkəni tərk etməyi əmr edib. Bunu mətbuat konfransında Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.
Onun sözlərinə görə, ABŞ hakimiyyəti Rusiyanın BMT-dəki missiyasına qarşı daha bir düşməncəsinə tədbir görərək, ev sahibi kimi öz öhdəliklərini kobud şəkildə pozub.
Onlar Rusiya missiyasının əməkdaşlarından 12 nəfəri persona non qrata elan edərək, martın 7-dək ölkəni tərk etməyi tələb ediblər”. Rusiya Federasiyasının daimi nümayəndəsi açıqlayıb ki, söhbət diplomatik işçilərdən gedir.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Riçard Millsin bəyanatlarını şərh edən Nebenzya deyib ki, Rusiya ABŞ-ın diplomatların ölkədən çıxarılmasının əsasları ilə bağlı izahatlarından razı deyil.
ABŞ sözçüsü iddia edib ki, “Birləşmiş Ştatlar hökumətinin bu gün Rusiya missiyasına [BMT-dəki] bildirdiyi qərar ABŞ-ın BMT ilə imzaladığı qərargah razılaşmasına tam uyğun olaraq qəbul edilib”. Mills, “Birləşmiş Ştatları tərk etmək əmri verilən diplomatlar, məsuliyyət zonalarından kənarda və diplomat kimi öhdəliklərinə uyğun olmayan fəaliyyətlərlə məşğul olurdular” deyib.
“Birləşmiş Ştatların nümayəndəsinin indi verdiyi izahatlar bizi qane etmir”, – Nebenzia vurğulayıb. “Mən əminəm ki, cavab gələcək, çünki bu, diplomatik təcrübədir. Bu bizim seçimimiz deyil, bizim günahımız deyil, biz buna başlamamışıq”, – Nebenzya bildirib.