SON DƏQİQƏ: Kadırov ukraynalılara müraciət edib

0

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov ukraynalılara müraciət edərək qeyd edib ki, onların öz vətəndaşlarının qayğısına qalan və onların həyatını yaxşılaşdırmaq istəyən rəhbərliyi yoxdur.

Bu barədə o, özünün Telegram kanalında yazıb.

O, müraciətində qeyd edib ki, Ukraynada nə vətənpərvər, nə də müdafiəçi var.

“Yalnız Banderlər, millətçilər, terrorçular var. Onlar ancaq bəşəri və milli ideallar uğrunda mübarizə apardıqlarının arxasında gizlənirlər, əslində isə yalnız iki xalqı, iki ölkəni bir-birindən uzaqlaşdırırlar”.

Kadırov Ukraynanın hazırkı prezidenti Vladimir Zelenski haqqında da danışıb. Onun fikrincə, Ukrayna lideri uzun müddətdir ki, idarə olunur və özü də “dünya ilə əlaqəni” itirib və bir dənə də olsun düzgün və ya düşünülmüş hərəkətə yol verməyib.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »