Göyçayda qaçırılan qıza görə, başı bəlada olan ata və oğul

0

Fevralın 26-sı Göyçay rayonu ərazisində A.Ə.-nın (ad şərtidir) həmkəndlisi Ə.M (ad şərtidir) və atası A.M (ad şərtidir) tərəfindən evlənmək məqsədi ilə sonuncunun iradəsinə zidd olaraq qaçırılaraq oğurlanması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

İctimairey.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən daxil olan məlumata görə, faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Göyçay Rayon Polis Şöbəsinə tapşırılmışdır.

Ə.M və atası A.M şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb olunmuşlar.

Hazırda iş üzrə istintaq davam edir.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »