Azərbaycanda tolerantlıq Pakistan mediasında

0

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tolerantlığın, multikulturalizmin Azərbaycan modeli dünya mediasında” layihəsi çərçivəsində hazırladığı ilk material Pakistanın nüfuzlu https://pakistanintheworld.pk saytında dərc olunub.

“Multikulturalizm və tolerantlıq – hər bir Azərbaycan vətəndaşının gündəlik həyat tərzi” başlıqlı yazıda Azərbaycanda dövlət səviyyəsində azsaylı xalqlar, etnik və milli azlıqlara göstərilən diqqət və qayğıdan bəhs edilib. Qeyd olunub ki, Azərbaycan azsaylı xalqların tarixən yaşayış məskəni olub və burada hər bir xalqın, millətin nümayəndəsi özünü təhlükəsiz hiss edir, Konstitusiya çərçivəsində bütün hüquqlardan istifadə edir.

Bu yazıda müəllif Azərbaycanda tarixən məskunlaşan talış, ləzgi və yəhudi xalqlarının mədəni irslərinin qorunub saxlamalarından, dini ibadət və adət-ənənələrindən söz açıb.
Yazının tam mətni ilə aşağıdakı linkdə tanış ola bilərsiz:
https://pakistanintheworld.pk/live/multiculturalism-tolerance-daily-way-of-life-for-every-citizen-of-azerbaijan/

Leave A Reply

Your email address will not be published.

Tərcümə »