Ən gənc Millət Vəkili Kiyevin müdafiəsinə qoşulub: Mən əsgər deyiləm, amma bu hamının müharibəsidir

0

Ukraynalı siyasətçilər Ukrayna ordusuna qoşulmaqda davam edir. Son bir neçə gündə ana müxalifət lideri Poroşenko və onun partiyasının müavinləri könüllü olaraq orduya qoşulublar. Hazırda Ukraynanın ən gənc deputatı Svyatoslav Yuraş da Kiyevi müdafiə etmək üçün, silaha sarılıb.

Rusiyanın Ukraynaya təcavüzü 6-cı günə daxil olub. Vətəndaşlar və siyasi xadimlər könüllü olaraq, Ukrayna ordusuna qoşularkən, Ukraynanın ən gənc deputatı 26 yaşlı Svyatoslav Yuraş paytaxt Kiyevi müdafiə etmək üçün silahlanıb, küçəyə çıxıb.

Mixail Qızıl Qübbəli Katedral st.-da əsgərləri və vətəndaş müqaviməti döyüşçülərini gördükdən sonra, Kiyevin qarşıdurmaların yaşandığı qərb bölgələrinə gedəcəyini bildirən Yuraş, “Orada bir millət vəkilim müharibəyə rəhbərlik edir, onun yanına gedəcəm. Mən hərbçi deyiləm, amma bu hamının döyüşüdür”. – deyib.Ukrayna'nın en genç milletvekili Kiev savunmasına katıldı: Ben bir asker değilim ama bu herkesin savaşı

BABUŞKALAR RUS ƏSGƏRİNƏ QARĞIŞ YAĞDIRIR

Müqavimətə hər yaşdan insanların qatıldığını deyən gənc deputat, “Babuşkalar (nənə) yollarda rus əsgərlərinə lənət mesajları yağdırır. İnsanların əlləri ilə tankları saxladığını gördüm” – deyir.  Ukrayna ordusunun inventarında çoxlu sayda Bayraktar TB 2-nin olduğuna diqqət çəkən Yuraş, “Dünyanın ən böyük ordusuna qarşı şansımız tam olaraq budur” deyib

POROSŞENKO DA SİLAHA SARILIB

Vladimir Zelenskidən əvvəl Ukrayna prezidenti olmuş və hazırda ana müxalifət partiyasının lideri olan Petro Poroşenko bu yaxınlarda Ukrayna ordusuna qatılıb. Putinin təkcə Ukraynaya deyil, bütün dünyaya müharibə elan etdiyini bildirən Poroşenko, bütün dünyanın bu məsələni anlaması lazım olduğunu ifadə edərək, “O, olduqca dəlidir. Ukraynalıları öldürmək üçün, bura gələcək qədər pisdir” sözlərini əlavə edib. Poroşenko ilə yanaşı, müxalifət partiyasının deputatları da orduya qoşulub.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »