İmzalanma mərasimində Ali Radanın spikeri Ruslan Stefaçuk və baş nazir Denis Şmıxal iştirak ediblər.
Prezident Vladimir Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün ərizə imzalayıb.
İctimairey.az xəbər verir ki, bu barədə “Xalqın xidmətçisi”nin mətbuat xidməti məlumat yayıb.
Baş nazir Denis Şmıxal Ukraynanın Avropa İttifaqına üzvlük üçün müraciət etdiyini açıqlayıb.
“Ukraynalılar çoxdan sübut ediblər ki, biz hamımız Avropa birliyinin ayrılmaz hissəsiyik. Artıq bunu kağız üzərində qoymağın vaxtı çatıb. Ukrayna Aİ-yə üzvlük üçün, xüsusi prosedur əsasında müraciət edir. Biz tərəfdaşlarımıza göstərdikləri dəstəyə və operativ qərarlara görə minnətdarıq”, məlumatda deyilir.
Daha sonra “Xalqın xidmətçisi”nin mətbuat xidməti prezident Vladimir Zelenskinin sənədi imzaladığını əks etdirən fotonu dərc edib. İmzalanmada Ali Radanın spikeri Ruslan Stefançuk və baş nazir Denis Şmıxal iştirak ediblər.