Ukrayna Baş Qərargahı müharibə ilə bağlı son vəziyyəti və gedişatı açıqlayaraq, bəyanat yayıb. Rus qoşunlarından 5 300 əsgərin həyatını itirdiyi bildirilib.
Ukrayna Baş Qərargahından verilən açıqlamada Rusiyanın hərbi müdaxiləsi ilə bağlı son vəziyyət paylaşılıb. “Düşmən şəxsi heyətinin itkisi təxminən 4500 nəfər təşkil edir”, – məlumatda deyilir. Makariv – Kiyev istiqamətində bir xətt hərəkət edir. Lakin işğalçı qüvvələrin mənəvi-psixoloji durumu aşağıdır. Çerniqov vilayətində Koryukivka yaxınlığında Rusiya Silahlı Qüvvələrinin əsgərləri silahı yerə qoyub, təslim olmağa hazırdır. Ukraynanın hər yerində yüzlərlə nasaz zirehli maşın və tank tərk edilib.
Ukraynada 352 MÜLKİ HƏYATINI İTİRİB
Ukrayna Səhiyyə Nazirliyi müharibədə 14-ü uşaq olmaqla, 352 mülki şəxsin həlak olduğunu açıqlayıb. Digər tərəfdən, 116-sı uşaq olmaqla 1684 nəfərin yaralandığı bildirilib.
Kiyev Ukraynanın nəzarəti altındadır
Ukrayna Silahlı Qüvvələri paytaxt Kiyevin Ukraynanın nəzarəti altında olduğunu və Rusiyanın irəliləmə cəhdlərinin uğursuzluqla nəticələndiyini açıqlayıb. Açıqlamada rus qoşunlarının hərəkətlərinin yaxından izlənildiyi bildirilir və “İşğalçı hərbi kolonnalar məhv edilib. Düşmən xeyli şəxsi itki verib. Rus qoşunları ruhdan düşmüş və tükənmişdir. “Biz göstərdik ki, evimizə müdaxilə edənlərdən necə qorunacağımızı bilirik”.
Qeyd edək ki, Ukrayna bu günədək Rusiyanın 200 tankını 30 təyyarəsini məhv edib.