Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat tədbiri keçirilib, 5 nəfər həbs edilib.
İctimairey.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin verilən məlumata görə, rayon sakini Alı Zayidovun qanunsuz olaraq odlu silah saxlaması barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.
Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxs rayon ərazisində hərəkətdə olarkən saxlanılıb. Onun üzərinə baxış keçirilərkən lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunaraq götürülüb.
Şöbə əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı isə Hacıqabul rayon sakinləri İntiqam Əskərov və Rəşad Ağamalıyev, Şirvan şəhər sakinləri – Elşad Rüstəmov və Vahid Bağırov saxlanılıblar.
Həmin şəxslər narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.