“Bu, bizim ərazimizdir”: Çeçenistan rəhbəri Kadırov Ukraynanı Rusiyaya birləşdirmək istədiyini söyləyib
Kadırov Ukrayna ərazilərini “onun” adlandırıb.
İctimaiRəy.az daxil olan son məlumata görə-Kadırov Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə Ukraynanı Rusiyaya birləşdirə biləcəyini bildirib.
O, bu barədə Qroznıda Rusiya KİV-ləri tərəfindən yayımlanan brifinq zamanı bildirib.
“Ukrayna məsələsi ölkə prezidentinin (Rusiya prezidenti Vladimir Putinin – red.) səviyyəsi deyil, mənim səviyyəmdir. Mənə göstəriş verilsəydi, bu məsələni çoxdan həll edərdim və ya Ukraynanı Çeçenistan Respublikasına birləşdirərdim”. Kadırov bildirib.
Onun fikrincə, prezident Vladimir Zelenskinin siyasəti davam edərsə, Ukrayna Rusiyaya birləşdirilməlidir.
“Mən dərin əminəm ki, əgər cənab Zelenski və komandası belə davranarsa, o zaman Ukrayna ölkəmizə birləşdirilməlidir”, – Kadırov deyib.
“Ukraynalılar bizim xalqımızdır, bura bizim ərazimizdir. Bu mənim fikrimdir”, – o əlavə edib.
O, həmçinin Avropa ölkələrini Ukraynada hərbi bazalar yerləşdirmək niyyətində və bununla da Rusiyaya şərtlər diktə etməyə çalışmaqda ittiham edib.
Mən dedim ki, Krımdan (Krımın Rusiya tərəfindən müvəqqəti işğalı) sonra, Kiyev də götürülməli olacaq”, – Kadırov bildirib.
Xatırladaq ki, Kreml NATO-nun Ukraynada olması səbəbindən Rusiyanın təhlükəsizliyinin təhdid altında olduğuna əmindir.
Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov hesab edir ki, NATO tədricən Ukrayna ərazisinə nüfuz edir və gələcəkdə, əslində, yalnız bu prosesin rəsmiləşdirilməsi qala bilər.