İşğaldan azad edilmiş rayonlardan olan sahibkarlar üçün təlimlərə start verilib

0

Biləsuvar şəhərində yerləşən təlim mərkəzində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyinin (AOPE) icra etdiyi “Orqanik Qarabağ: dayanıqlı inkişaf istiqamətləri” layihəsinin ilk tədbiri keçirilib.

İctimairey.az xəbər verir ki, İctimai Birlikdən  bildirilib ki, tədbirdə işğaldan azad edilmiş rayonlardan olan sahibkarlar üçün “Yaşıl iqtisadiyyat və ekoloji təmiz kənd təsərrüfatı” mövzusunda təlim təşkil olunub. Təlim yaşıl iqtisadiyyat üzrə mütəxəssis Sitarə Səfərovanın idarəçiliyi ilə həyata keçirilib. Təlimdə qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasından bəhs edilib.

Həmçinin azad olunmuş ərazilərdə infrastrukturun yaradılması, ağıllı kənd və ağıllı şəhər layihələri, e- sağlamlıq sistemi, elektron tədris, ağıllı kənd təsərrüfatı və digər sahələr barədə də məlumat verilib. Eyni zamanda, təlim müddətində yaşıl iqtisadiyyatın bazasında sahibkarlıq subyektlərinin qurulması istiqamətində tövsiyələr də verilib.

Mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər səsləndirilib, suallar cavablandırılıb.

Layihə çərçivəsində silsilə tədbirlər may ayına qədər davam edəcək.Azərtac

 

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »