Qroznıda Çeçenistan rəhbəri Ramzan Kadırovun adını daşıyacaq məscidin tikintisi üçün bünövrə qoyulub.
TJ-nin yazdığı kimi, məscidin “yerli sakinlərin çoxsaylı xahişi ilə” respublika rəhbərinin şərəfinə adlandırılması qərara alınıb: “Ramzan Kadırov bu fikrin qəti əleyhinə idi, lakin ictimaiyyət, ruhanilər və rəhbərin yaxınları bir fikrə gələrək, bununla razılaşdılar”
Rusiyanın baş müftisi Talqat Tadzhuddin məscidə Kadırovun adının verilməsinə etiraz etməyəcəyini bildirib. Çeçenistanın mətbuat naziri Əhməd Dudayev isə, demokratik cəmiyyətdən və onlar üçün “prioritet” olan sakinlərin iradəsindən danışıb.
Məscidin mərkəzi günbəzlə binanın əsas hissəsini əhatə edən, dörd minarəsi olacaq. Onların damları qızılla bəzədiləcək.
Məscid iki min nəfər üçün nəzərdə tutulub.
Tikinti tarixləri məlum deyil.
Qeyd edək ki, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov 21 yaşlı qızı Ayşatı mədəniyyət nazirinin müavini təyin edib.