Ukraynanın xarici işlər naziri Dimitro Kuleba Rusiya ilə Ukrayna arasında danışıqlara dair qərardan sonra, “Rusiya ilə ilkin şərt və ultimatum olmadan görüş qələbə deməkdir” deyib.
Rusiya və Ukraynanın müzakirə qərarından sonra, mövzu ilə bağlı açıqlamanı Ukraynanın Xarici İşlər naziri Dimitro Kuleba verib.
Kuleba sosial media hesabından açıqlama verib, “Rusiya ilə ilkin şərt və ultimatum olmadan danışıqlar qələbə deməkdir. Müharibənin əvvəlində Rusiya heç bir danışıqların tərəfdarı deyildi. Lakin itkilərdən sonra, danışıqlar mövzusu müzakirə olunmağa başlayıb. “Rusiya əziyyət çəkdiyi üçün, bütün şərtlər və ultimatumlar bir kənara atıldı.
“Bizə silah lazımdır”
Daha çox silaha ehtiyacları olduğunu ifadə edən Kuleba, “Bütün ölkələri Ukraynaya daha çox silah, bomba və yanacaq göndərməyə çağırıram. Bizə döyüşmək, ölkəmizi qorumaq üçün silah lazımdır. Ən çox ehtiyacımız olan isə, tank əleyhinə, zenit və raket əleyhinədir. Bizə raket lazımdır. Bizə daha çox Pilotsuz Uçan Aparatlar, təyyarələr, güllələr, hər şey lazımdır. “Bizə özümüzü Rusiyadan, onun silahlı təcavüzündən, ukraynalıları öldürməsindən və ölkəmizi məhv etməsindən qorumaq üçün hər şey lazımdır.
“Bu, fəlakətli olacaq, amma bizi dayandırmayacaq”
Rusiya prezidenti Vladimir Putinin nüvə silahı ilə bağlı təhdidinə münasibət bildirən Kuleba, “Putinin Ukraynaya qarşı nüvə silahı tətbiq etməklə hədələməsi, dünya üçün fəlakət olardı, lakin bu, bizi dayandıra bilməz. O, bu bəyanatı danışıqlardan əvvəl, Ukrayna tərəfinə təzyiq göstərmək üçün verir, lakin bu, bizə təsir etməyəcək”, – deyə o bildirib.