Rusiyanın Tehrandakı səfirliyi Tvitter hesabında Ukraynadakı orduya  dəstək verib.

Rusiyanın Tehrandakı səfiri Levan Caqaryan  Qərb və digər ölkələrinin qaranlıq keçmişini xatırladaraq, ölkələri işğal etməkdə pisləyib və Rusiyanın Ukraynada davam edən hərbi əməliyyatını dəstəkləyib.

“1999-cu ildə Serbiyanın dinc şəhərlərini bombalayanların, 2003-cü ildə İraqı qanunsuz işğal edənlərin, Liviyanı, Suriyanı dağıdanların və Əfqanıstandan şərəfsiz şəkildə qaçanların Rusiyanı qınamağa mənəvi haqqı yoxdur”, – səfirliyin bəyanatında deyilir.

Şənbə günü Ukraynada müharibə üçüncü gününə qədəm qoyub.

İran Rusiyanın Ukraynaya hücumunda NATO-nu təxribatlarda günahlandırıb və böhranın siyasi yolla həllini vurğulayıb.

Qeyd edək ki, Levan Caqaryan 2011-ci ilin oktyabrından Rusiyanın İrandakı fövqəladə və səlahiyyətli səfiridir. 1957-ci ildə Tiflisdə doğulmuş diplomat MQİMO məzunudur. Bir sıra diplomatik misssiyalarda işləyib. Fars, ingilis və fransız dillərini bilir.

Comments are closed.

Tərcümə »