Bakı şəhərinin Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasında yanğın baş verib.
İctimairey.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, ikinci mərtəbəsində ümumi sahəsi 35 kvadratmetr olan mənzilin yanar konstruksiyaları, 2-ci və 3-cü mərtəbələrarası taxta konstruksiyalar 10 kvadratmetr sahədə yanıb. Yanğın zamanı bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.
Qonşu mənzillər və bina yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Comments are closed.