Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1512 yeni yoluxma faktı qeydə alınıb, 3698 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 509 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2026, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1667, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 274 nəfərdir.