Azərbaycan dövləti və Azərbaycan xalqı Ukrayna dövlətinin və xalqının bu ağır günlərində onun yanındadı

0

Mübariz Ukrayna xalqı bu günlərdə tək olmadığını gördü. Ukrayna xalqının haqq işini dəstəkləyən liderlər tarixdə ən böyük işlərdən birinə imza atmış sayılırlar. Nə xoş ki, onların arasında Azərbaycan və Türkiyə liderləri də var. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Ukraynada atəşkəsin elan edilməsi, savaşın dayandırılması üçün vasitəçilik təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüs heç şübhəsiz ki, alqışa layiqdir.

Ayrıca olaraq Azərbaycan Prezidenti Ukraynaya tibbi yardım göndərdi. Eləcə də SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələri təcili tibbi yardım maşınlarının və yanğınsöndürən maşınların pulsuz yanacaqla təminatını həyata keçirəcək.

Bütün bunlar dövlətimizin, liderimizin ən kritik məqamda dost Ukrayna xalqına səmimi dəstək nümayiş etdirməsi deməkdir. Xüsusən də həlledici məqamda Azərbaycanın vasitəçilik missiyası təşəbbüsü ilə çıxış etməsi, bu kritik günlərdə Ukrayna üçün olduqca vacibdir. 44 günlük İkinci Qarabağ savaşında bizə dəstək verən, bizim yanımızda olan Ukrayna xalqı gördü ki, biz də Azərbaycan dövləti və Azərbaycan xalqı olaraq Ukraynanın yanındayıq.

Ukrayna dövlətinin və xalqının bu ağır günlərində onun yanında olan, həm ukraynalıların, həm də rusların müharibədə həlak olmalarının qarşısını almaq üçün, vasitəçilik təşəbbüsü ilə çıxış edən Azərbaycan və Türkiyə prezidentlərinə Milli Həmrəylik Partiyası olaraq təşəkkür edirik. Bölgəmizdə və dünyada baş verən proseslərə dövlət ağlı ilə yanaşmaq, müdrik siyasi zəka ilə mövqe sərgiləmək gerçəkdən də alqışa layiqdir.

Əlisahib Hüseynov,

Milli Həmrəylik Partiyasının sədri

 

 

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »