Zelenski: “Bu gecə gündüzdən daha çətin olacaq, düşmən hücuma keçəcək”

Ukrayna prezidenti Vladimir Zelenski yeni müraciətində bildirib ki, rusiyalı işğalçılar bu gecə hücuma keçəcək və bütün qüvvələrini işə salacaq.

Dövlət başçısının sözlərinə görə, bir çox şəhərlər hücuma məruz qala bilər – Çerniqov, Sumı, Xarkov, Donbass ərazisi. “Kiyevə xüsusi diqqət yetiriləcək”, – o bildirib.

“Müdafiəçilərimizə müraciət edirəm. Bu gecə düşmən müqavimətimizi qırmaq üçün bütün gücünü sərf edəcək, əclafçasına. Bu gecə onlar hücuma başlayacaqlar. Hamımız başa düşməliyik ki, bizi nə gözləyir. Biz bu gecə dözməliyik – Ukraynanın taleyi indi həll olunur”, – deyə dövlət başçısı vurğulayıb.

Zelenski mülki insanları mümkün qədər diqqətli olmağa, bir-birinə, xüsusən də yaşlılara və tənha insanlara kömək etməyə çağırıb. “Hər hansı bir təhlükə zamanı sığınacağa getmək lazımdır”, – o vurğulayıb.

“Bacardığınız qədər düşməni dayandırın. Təxribatçıların yollarda və binalarda tərk etdiyi xüsusi nişanları örtün. Düşmən maşınlarını bacardığınız hər şeylə yandırın. Əgər uşaq bağçaları da işğalçılar üçün məqbul hədəfdirsə, onlara şans qoymamalısınız”, – deyə prezident bildirib.

Ictimairəy.az

Comments are closed.

Tərcümə »