ABŞ mətbuatında yer alan iddiaya görə, Vaşinqton Ukrayna prezidenti Zelenskiyə Kiyevdən təxliyə variantını təklif edib. Bildirilib ki, Ukrayna lideri bu təklifdən imtina edib.
ABŞ-ın Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya tərəfindən tutulması və ya öldürülməsinin qarşısını almaq üçün, onu Kiyevdən uzaqlaşdırmağı təklif etdiyi iddia edilib, lakin Zelenski indiyədək bu təklifə mənfi cavab verib.
İctimairey.az “Washington Post” qəzetinin ABŞ və Ukrayna rəsmilərinə istinadən verdiyi xəbərə görə bildirir ki, , ABŞ hökuməti Zelenskinin Rusiya tərəfindən tutulmasının və ya qaçırılmasının qarşısını almaq, Kiyevi tərk etməyə kömək etməyə hazır olduğunu bəyan edib.
Lakin Zelenski indiyədək bu təklifləri rədd edib və ölkəsinin başında qalacağını bəyan edib.
Zelenski dünən səhər verdiyi açıqlamada rusların 1 nömrəli hədəfinin özü, 2 nömrəli hədəfinin isə ailəsi olduğunu, ancaq ölkəsini müdafiə etmək vəzifəsinin başında olacağını açıqlayıb.
KİEVDƏN ÇIXMAQDAN İMTİNA ETDİ