Yapon şirkətinə məxsus Panama bayraqlı yük gəmisinin Qara dəniz sahillərində Rusiya raketi ilə vurulduğu, 20 nəfərlik heyətdən 1 nəfərin yaralandığı bildirilib.
Rusiyanın Ukraynaya hücumu gündəmdə qalarkən, müharibə ilə bağlı qızğın bir gəlişmələr yaşanır.
Ukrayna Müdafiə Nazirliyi dünən Yaponiya şirkətinə məxsus yük gəmisinin Qara dəniz sahilində Rusiya raketi ilə vurulduğunu açıqlayıb. Gəminin Yaponiyanın Ehime əyalətinin İmabari şəhərində bir gəmiçilik şirkətinə aid olduğu qeyd edilir. Raket Panama qeydiyyatlı “Namura Queen” yük gəmisinin arxa hissəsinə dəyib və qısa müddətli yanğına səbəb olub.
Şirkətdən verilən açıqlamada, hamısı filippinli olan 20 ekipaj üzvündən birinin çiynindən yaralandığı, 19 nəfərin isə sağ-salamat xilas olduğu açıqlanır.
Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi hücumun təfərrüatlarını təsdiqləmək üçün, araşdırmaya başlasa da, ekipajı ən qısa zamanda təhlükəsiz bölgəyə köçürmək üçün təmasların davam etdiyi bildirilir.
Rusiya Qara dənizdə gəmilərə atəş açır
Ukraynanın İnfrastruktur Nazirliyi Rusiyanın Qara dənizdə gəmilərə atəş açdığını açıqlayıb.
Nazirlik Rusiyanın Panama bayrağı altında “Namura kraliçası”na, Moldova bayrağı altında isə “Millennial Spirit”ə atəş açdığını bildirib.
Gəmilərin ekipajları Ukrayna xilasetmə xidməti tərəfindən təxliyyə edilib və Çernomorsk limanına aparılıb.
Ukrayna Rusiya ilə müharibəyə görə bütün limanlarını bağladığını bildirib.
Ötən gün Odessadan Rumıniyaya doğru hərəkət edən Türk gəmisinə də bomba düşüb.