Britaniya Rusiyaya qarşı SANKSİYALARINI AÇIQLADI – Siyahı
“Aeroflot” və “VTB Bank”a qarşı sanksiyalar tətbiq edilib.
Böyük Britaniyanın baş naziri Ukraynanın işğalına cavab olaraq Rusiyaya qarşı yeni sanksiyalar elan edib.
“Sky News” xəbər verir ki, o, bu barədə İcmalar Palatasına müraciətində bildirib.
Conson bildirib ki, Böyük Britaniya Ukraynanı dəstəkləmək üçün əlindən gələni edəcək.
“Vladimir Putinin bu iyrənc və barbar hərəkətləri uğursuzluqla başa çatmalıdır”, o əlavə edib.
Britaniyanın baş naziri ölkəsinin aşağıdakı 10 tədbir görəcəyini açıqlayıb:
- Bütün böyük Rusiya banklarının aktivlərinin dondurulması. Aktivləri 154 milyard funt sterlinq təşkil edən VTB-nin aktivlərinin dərhal dondurulması.
- Gələn həftə o, bütün Rusiya şirkətlərinə Böyük Britaniya bazarlarında vəsait cəlb etməyi qadağan edən qanun qəbul edəcək.
- O, Rusiyanın ən böyük müdafiə şirkəti olan “Rostec”in də daxil olduğu fiziki və hüquqi şəxslərə və onların törəmə şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcək.
- Böyük Britaniyada “müəyyən təyyarələrin” eniş qabiliyyətini məhdudlaşdıracaq. Boris Consonun sözlərinə görə, Rusiyanın “Aeroflot” aviaşirkətinin Böyük Britaniyada fəaliyyətinə qadağa qoyulacaq.
- Rusiyaya ixrac lisenziyalarının istifadəsini dərhal dayandıracaq – məsələn, elektrik komponentləri və ya hərbi yük maşınlarının hissələri.
- “Bir neçə gün ərzində” Rusiyaya geniş çeşiddə yüksək texnologiyalı ixracı qadağan edəcək.
- Rusiya vətəndaşlarının Böyük Britaniyadakı bank hesablarında saxlaya biləcəyi əmanətlərin məbləğini məhdudlaşdıracaq.
- Rusiyanın SWFIT ödəniş sisteminə çıxışını bağlamaq üçün G7 və NATO müttəfiqləri ilə işləyəcək.
- Bu tam tədbirlər paketini Belarusa da şamil edəcək.
- Böyük Britaniyada pul toplayan ruslara qarşı tədbir görəcək, iqtisadi cinayətlər haqqında qanun layihəsi hazırlayacaq.Conson Rusiya prezidenti Vladimir Putinin işğal üçün bəhanəni absurd adlandırıb.
O, Putini “imperiya fəthlərinə inanan qanlı təcavüzkar” adlandırıb.