Moskva ölkənin hər yerindən Ukraynanı bombalamağa davam edir. Kiyevə doğru irəliləyən rus əsgərlərinin nəzəri Qara dənizin Dunay deltasındakı kiçik bir adaya dikilibdi. Cəmi 17 hektarlıq adada rus qüvvələri kiçik bir bölmənin müqaviməti ilə qarşılaşıb. Ukrayna əsgəri onları təslim olmağa çağıran zabitə “Çıxın” cavabını verib. Ancaq bu adadan eşidilən son səs olub, ada indi Rusiyanın nəzarətindədir.
Bildirilib ki, ruslar Qara dənizdə Ukraynaya məxsus 17 hektarlıq kiçik İlan adasını da ələ keçirib.
Rus əsgərlərinin İlan adasına daxil olması zamanı ukraynalı mühafizəçinin çəkdiyi video sosial mediada gündəm olub.
“RUS GƏMİSİ, RƏDD OL GET”
Ruslar Zmiinyi kimi tanınan İlan adasına yaxınlaşarkən, rus zabiti “Bu, hərbi döyüş gəmisidir. Mən sizə silahlarınızı yerə qoyaraq təslim olmağı təklif edirəm ki, qan boş yerə tökülməsin. Əks halda bombardmanlara məruz qalacaqsınız” deyib.
Ukrayna əsgəri isə “Rus döyüş gəmisi, rədd ol get” deyə səslənən zabitə cavab verib.
“QƏHRƏMAN ADIYLA ŞƏRƏFLƏNDİRİLƏCƏKLƏR”
Bu adadan eşidilən son sözlər idi. Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın adadakı bombardmanı nəticəsində 13 ukraynalı əsgərin hamısının həlak olduğunu bildirib.
“Bütün sərhədçilər qəhrəmancasına həlak oldular, lakin təslim olmadılar. Biz onları qəhrəmanlıq nişanı ilə təltif edəcəyik”, – Zelenski bildirib.
Rusiya qüvvələri 82 Ukrayna əsgərinin yerləşdiyi İlan adasının bu gün ələ keçirildiyini açıqlayıb. Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada isə, adadakı əsgərlərin təslim olduğu bildirilib.
UKRAYNA ÜÇÜN KRİTİK
İlan adası Qara dənizin şimal-qərbində, Ukrayna materikinin cənub ucundan təxminən 48 kilometr məsafədə yerləşir. O, Rusiyanın 2014-cü ildə işğal etdiyi Ukrayna bölgəsi olan Krımdan təxminən 300 kilometr qərbdə yerləşir.
Sahəsi cəmi 17 hektar olsa da, keçən il Atlantik Şurasının Beyin Mərkəzinin hesabatında adanın “Ukraynanın Qara dəniz sahilindəki ərazi varlığının açarı” kimi təsvir edildiyi bildirilir.
Ada həm də 2004-2009-cu illərdə Rumıniya və Ukrayna arasında sərhəd mübahisəsinin bir hissəsi olub. İlan adası ətrafındakı kontinental şelfin ərazi sərhədləri 2009-cu ildə Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən müəyyən edilmişdir.
RUSİYA ADANI ƏLƏ KEÇİRİB
Atlantika Şurasının hesabatında deyilir ki, adanın strateji əhəmiyyətini vurğulamaq üçün, Zelenski keçən il Rusiyanın Krımı geri qaytarmaq məqsədi daşıyan sammitdən əvvəl Ukrayna mediasına müsahibəni bu adada verib.