SON DƏQİQƏ: Zelenski müharibənin ilk günündə Ukraynanın itkilərini açıqlayıb

0

Ukrayna prezidenti Vladimir Zelenski xalqa müraciətində bildirib ki, Rusiyanın hərbi xüsusi əməliyyatı nəticəsində 137 Ukrayna vətəndaşı həlak olub.

“Bu günə kimi 137 qəhrəmanımızı, vətəndaşlarımızı itirmişik. Onlardan 10-u zabitdir. 316 nəfər xəsarət alıb”, – deyə dövlət başçısı bildirib.

Zelenskinin sözlərinə görə, İlan adasının bütün müdafiəçiləri öldürülüb. Onlara ölümündən sonra Ukrayna Qəhrəmanı adı veriləcək, ölkə prezidenti söz verib.

Onu da qeyd edirik ki, Zelenski ölkədə ali baş komandanın qərargahını yaratmaq qərarına gəlib, həmçinin ümumi səfərbərlik elan edib.

İctimairey.az-ınn məlumatına görə, öz növbəsində Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna və aviasiyasına zərbələr endirir, heç bir şey mülki əhalini təhdid etmir.

“Ümumilikdə, Rusiya silahlı qüvvələrinin zərbələri nəticəsində Ukraynanın hərbi infrastrukturunun 83 yerüstü obyekti sıradan çıxıb. Xüsusi hərbi əməliyyat başlayandan bəri, Ukrayna Silahlı Qüvvələrinə məxsus iki Su-27, iki Su-24, bir helikopter və dörd Bayraktar TB-2 hücum pilotsuz uçuş aparatı vurulub”, – Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov fevralın 24-ü axşam bildirib.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »