Ərdoğanın Əliyev və Putinə zənginin ŞİFRƏLƏRİ: Bakı Moskvadan bunları tələb edib

0

Ərdoğanın Əliyev və Putinə zənginin ŞİFRƏLƏRİ: Bakı Moskvadan bunları tələb edib

Ərdoğan Əliyevlə, eləcə də, Putinlə telefonda müzakirə aparıb. Rəsmi informasiyaların yayılma vaxtına baxdıqda Ərdoğan-Əliyev telefon müzakirəsinin Azərbaycan prezidentinin Moskvada olarkən aparıldığını demək mümkündür, çünki prezidentin Moskva səfərinin başa çatmasına dair məlumat telefon müzakirəsi haqda məlumatdan sonra yayılıdı. Ərdoğan-Əliyev, Ərdoğan-Putin telefon görüşünün eyni saatlarda baş tutması da diqqət çəkir.Telefon trafikində iki ana gündəm var.Birincisi, Ukraynadır: Bakı və Ankara Rusiya-Ukrayna böhranında vasitəçi olmaq istəyir, mümkündür ki, Əliyevin Moskva səfərində Türkiyə və Azərbaycanın oynamaq istədiyi rol da gündəmə gətirilib; Ərdoğanın Putinlə müzakirə ilə yanaşı, eyni mövzunu Əliyevlə (telefon söhbətinin Moskvada olduğu istisna deyil) danışması da Bakı-Ankara ikilisinin Ukraynada ən azı müharibənin qarşısını almağa çalışdığından xəbər verir;Problemin həllini tapmaq çətindir, xüsusilə Rusiyanın separatçıları tanımasından sonra. Hərçənd, Ukraynanın Bakı və Ankaranın vasitəçiliyi ən azı Qərb-Rusiya toqquşmasının poliqonuna çevrilməkdən qurtulmaq, Rusiyanın Ukrayna məsələsini alternativ masalara daşımaq imkanı var;İkincisi, Moskva Bəyannaməsidir: Rusiya ilə müttəfiqlik sənədinin Türkiyə ilə öncədən razılaşdırıldığına şübhə yoxdur; istisna deyil ki, Bakı və Ankaranın bu bəyannamənin qarşılığında Rusiyadan Qarabağ, eləcə də Cənubi Qafqazda post-münaqişə dövrünə dair istəkləri var və Ərdoğan Əliyevdən detalları öyrənib, Putinlə atılacaq addımları müzakirə edib.

 47 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »