Ukrayna Daxili İşlər Nazirliyi: Rusiya qoşunları Xarkov və Odessaya daxil olub

0

Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko bildirib ki, ölkənin Ukraynanın müxtəlif şəhərlərində, o cümlədən Xarkov, Dnepr və Kiyevdəki hərbi obyektlərinə hücum edilib. O, həmçinin rus qoşunlarının Odessaya eniş edərək, Xarkovla sərhədi keçdikləri barədə məlumat verib.

 “İşğal başladı. İndicə hərbi idarəetmə mərkəzlərinə, aerodromlara, hərbi anbarlara – Kiyevdə, Xarkovda, Dneprdə raket zərbələri endirilib. Sərhədin artilleriyadan atəşə tutulması davam edir”, – Geraşenko bildirib.

 O, bildirib ki, bu andan “Dünyaya yeni geosiyasi reallıq gəlir. Bu “qələbə bizim olacaq!” deyə, sözlərini yekunlaşdırıb.

 Bundan əvvəl mediya agentlikləri Kramatorskda azı dörd partlayış, Odessa, Xarkov, Berdyanskda güclü partlayış barədə məlumat daxil olduğunu bildirib.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »