Laçın rayonunda Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

0

Fevralın 23-ü saat 20:30-dan 20:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu istiqamətində yerləşən mövqelərindən Laçın rayonunun Əhmədli yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

İctimairey.az –a Müdafiə Nazirliyindən verilən məlumatda  bildirilib ki, hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır.

 

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »