“İrəvandakı Göy məscid İran incəsənətinin simvoludur”. Bu barədə fevralın 23-də axşam İranın Ermənistandakı səfirliyi Tvitter səhifəsində məscidin şəklini əlavə edərək qeyd edib. Belə ki, fevralın 21-22-də Avronest Parlament Assambleyasının iclasının keçirildiyi Ermənistan paytaxtına səfər etmiş Azərbaycan deputatının bəyanatına İslam Respublikasının diplomatları reaksiya veriblər.
İran diplomatik missiyası bildirib ki, son üç onillikdə məscid yenidən müsəlmanları qəbul edib, onlar üçün dua və toplaşma yeri kimi xidmət edir, həmçinin turistləri cəlb edir.
Qeyd edək ki, ötən çərşənbə günü deputat Tahir Mirkişili İrəvandakı Göy məscidə səfər təəssüratlarını bölüşmək qərarına gəlib.
O, bildirib ki, məscid “İrəvanda salamat qalmış yeganə Azərbaycan abidəsidir”.
“Divarlarda (İran nəzərdə tutulur) başqa dövlətin yazıları olsa da, divarlar, memarlıq və ruh yalnız bizə məxsusdur. Burada olarkən, biz bunu hiss etdik. Tezliklə biz azərbaycanlılar namazlarımızı bu məsciddə qıla biləcəyik”, – deyə Azərbaycan Milli Məclisinin deputatı öz Facebook səhifəsində yazıb.
İran səfirliyi buna cavab olaraq, divarlardakı yazıların fars dilində olduğunu, hətta müasir deyil, 200 il yaşı olduğunu xatırladıb. Şiə dövlətinin diplomatları qeyd ediblər ki, məscidin tarixini öyrənmək üçün, əvvəlcə onları oxumaq lazımdır.
“Divarlarda çoxəsrlik farsca yazıların qorunub saxlanması çox gözəldir. Onları kim oxuya bilər?” girişi ingilis dilində yazılıb.
Eyni zamanda, səfirlik fars və erməni dillərində tvitlər yayımlayıb. Erməni mətnində deyilir:
“Tarixlə maraqlananlar 200 ildən çox farsca yazıları olan Göy Məscidin yüksək mədəni dəyərini və kimliyini çox yaxşı qəbul edirlər. Xoşbəxtlikdən bu yazılar qorunub saxlanılıb.