Aİ və NATO-nun birgə bəyanatı: Sanksiyalar Rusiya iqtisadiyyatını ciddi şəkildə yıxacaq

0

Aİ və NATO-nun birgə bəyanatı: Sanksiyalar Rusiya iqtisadiyyatını ciddi şəkildə yıxacaq

Ictimarey.az : Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatla bağlı AB və NATO-dan verilən açıqlamada, “Sanksiyalar Rusiya iqtisadiyyatını ciddi şəkildə yıxacaq. Ukraynadan qaçqın axınına hazırıq” ifadələri işlədilib.

Avropa İttifaqının (Aİ) nümayəndələri və NATO-nun baş katibi Stoltenberq bir araya gələrək açıqlamalar verib.

Ursula Von Der Leyen, Avropa Komissiyasının sədri: “Bir daha deyirəm, mən çox açıq danışıram. Mən bilirəm ki, rus xalqı belə müharibəni bəyənmir. Avropa torpaqlarında təcavüzə qarşı birgə çalışmaq bizim borcumuzdur. Biz heç vaxt olmadığı dərəcədə qərarlıyıq. “Sanksiyalar Rusiya iqtisadiyyatını ciddi şəkildə yıxacaq.

 Aİ: BİZ Ukraynadan gələn QAÇQINLARIN QƏBULUNA HAZIRIQ

Avropa Şurasının prezidenti Çarlz Mişel deyib: “Putinin təşəbbüsü ilə fəlakət baş verib. Bu, İkinci Dünya Müharibəsinin sonundan bəri Avropa torpağında görünməyən bir şeydir. Bu hücum Aİ-yə qarşı hücumdur. Aİ üzv ölkələrlə birlikdə, bunda Rusiyanı günahlandırır. Bu gün biz böyük sanksiyalar paketi üzərində razılaşdıq. Günahsızlar, qadınlar və uşaqlar hədəfə alınıb. Onların hər zamankindən daha çox dəstəyimizə ehtiyacı var. Siz də faydasız müharibədə xalqınızı itirmək istəməzdiniz. Biz Ukraynadan qaçqın axınına hazırıq”, – deyə o bildirib.

NATO-nun baş katibi Yens Stoltenberq “Baş verənlərə görə yalnız Rusiya məsuliyyət daşıyır” deyib.

 AB-DƏN BELARUSA QINAQ

Digər tərəfdən, Avropa İttifaqı (Aİ) “Belarusun Rusiyanın Ukraynaya qarşı təcavüzündə iştirakını” pisləyir və Minski beynəlxalq öhdəliklərinə əməl etməyə çağırır.

“Biz Belarusun Ukraynaya qarşı bu təcavüzdə iştirakını pisləyirik və onu beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq”, – Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrel bildirib.

Bəyanatda həmçinin Aİ-nin Gürcüstan və Moldovanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyi bir daha vurğulanıb.

 Aİ Şurası tərəfindən paylaşılan ortaq yazılı bəyanatda AB üzv dövlətləri “Rusiyanın Ukraynaya qarşı görünməmiş hərbi hücumunu ən sərt şəkildə qınadıqlarını” və Belarusun da təcavüzdə iştirakını pislədiklərini bildiriblər.

Ukrayna Dövlət Sərhəd Xidməti səhər saatlarında Rusiyanın Belarus və Krımdan Ukraynaya hücum etdiyini açıqlayıb.

Belarus prezidenti Aleksandr Lukaşenko Belarus ordusunun Rusiyanın Ukraynadakı əməliyyatında iştirak etmədiyini bildirib.

 76 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »