Türkiyə və Azərbaycan alpinistləri Xocalı faciəsinin ildönümü ilə əlaqədar Haçadağa yürüş ediblər

0

Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq Türkiyənin “Zirvə” Dağçılık İdman Klubunun 35 və Bakı şəhərindən isə 7 alpinist Hacadağa yürüş ediblər.

İctimairey.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının 6 alpinistinin müşayiəti ilə keçirilən yürüş 7 saatadək davam edib.

Haçadağın zirvəsində Azərbaycanın və Türkiyənin bayraqları dalğalandırılıb, “Xocalı şəhidlərini hörmətlə yad edirik!” yazılmış banner açılıb. Tədbirin təşkilatçılarından İsgəndər Doğan ilk dəfə 6 il əvvəl təşkil edilən yürüşün artıq ənənə halını aldığını deyib. “Dağ zirvəsinə çıxmaqda məqsədimiz azərbaycanlı qardaşlarımızın dərdinə şərik olduğumuzu buradan bir daha nümayiş etdirməkdir”, – deyə o bildirib. AZƏRTAC

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »