Azərbaycan XİN: “Müttəfiqlik”dən sonra Rusiya XİN Türkmənçay müqaviləsi ilə bağlı məlumatı təhrif edib

0

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalandığı bir gündə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması təəccüb və təəssüf doğurur.

İctimairey.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya XİN-in sosial şəbəkə səhifəsində Türkmənçay müqaviləsinə dair təhrif olunmuş paylaşım ilə bağlı şərhində qeyd olunub.

Vurğulanıb ki, sözügedən müqavilədə, ümumiyyətlə, “Şərqi Ermənistan” sözünə istinad edilmir və əlbəttə, bu fakt Rusiya Xarici İşlər Nazirliyinin Tarixi sənədlər departamentinə yaxşı bəlli olmalıdır.

“Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə səhifəsində sözügedən yanlış məlumata müvafiq düzəlişin ediləcəyini gözləyirik”, – deyə Azərbaycan XİN-dən bildirilib.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »