Zelenski LDXR və Rusiya ilə münaqişədə Ukraynanı dəstəklədiyi üçün, Ərdoğana təşəkkür edib

0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

İctimairey.az xəbər verir ki, bu barədə Türk mediyası məlumat yayıb.

Türkiyə Prezident Administrasiyasının Əlaqələr Ofisi bildirib ki, prezidentlər Rusiyanın Donetsk və Luqansk Xalq Cümhuriyyətlərinin müstəqilliyini tanımasından sonra, Ukrayna ətrafında yaranmış vəziyyəti müzakirə ediblər. Ərdoğan Donbassdakı hadisələri yaxından izlədiyini deyib və rəsmi Ankaranın mövqeyinin Xarici İşlər Nazirliyi tərəfindən ifadə edildiyini vurğulayıb.

Türkiyə prezidenti bir daha Rusiya prezidenti Vladimir Putinin LDXR-nin müstəqilliyini tanımaq qərarını “qəbuledilməz” adlandırıb və əlavə edib:

“Ankara Ukraynanın ərazi bütövlüyünü pozan istənilən qərara qarşıdır. [Donbas] problemini həll etmək üçün beynəlxalq diplomatiyanın bütün imkanlarından istifadə etmək lazımdır”.

Zelenski, öz növbəsində, danışıqlar barədə Twitter hesabında məlumat verərək, xüsusilə qeyd edib:

“Rusiya Federasiyasının son təxribatçı qərarları ilə bağlı Ukraynanın mövqeyini dəstəklədiyinə görə minnətdarlığımı bildirdim”.

Xatırladaq ki, daha əvvəl də Türkiyənin DXR və LXR-nin müstəqilliyinin tanınmasını pislədiyi barədə məlumat vermişdi.

 

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »