DƏHŞƏTLİ QƏTL: Bakıda ana və iki azyaşlı övladını öldürən qatil saxlanıldı

0

Paytaxtın Nizami rayonunda 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və onun övladları – 2008-ci il təvəllüdlü Lamiyə Qaraxanlı, 2011-ci il təvəllüdlü Ataxan Qaraxanlını qətl etməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində az öncə saxlanılıb.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

“lkin məlumata görə, qətlə yetirilən G.Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb”, – E.Hacıyev qeyd edib.

Qeyd edək ki, dəhşətli hadisə Nizami rayonunda yerləşən Rüstəm Rüstəmov küçəsi 48 ünvanında yerləşən mənzillərdən birində baş verib. Qatil evə daxil olaraq ana ilə yanaşı onun övladlarının boğazını kəsərək qətlə yetirib. Qonşular da baş verən dəhşətli hadisənin şokunu yaşayır.

 

 50 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »