Böyük Britaniyanın baş naziri Boris Conson Rusiya ilə Ukrayna arasında müharibənin artıq başladığını bildirib. O, bu müharibənin 1945-ci ildən bəri Avropada ən böyük müharibə olacağını bəyan edib.
“Mən qorxuram ki, indi şahidi olduğumuz bu plan Avropada 1945-ci ildən bəri ən böyük müharibəyə gətirib çıxara bilər”, – Conson BBC-yə müsahibəsində deyib. İctimairey.az xəbər verir.
Baş nazir qeyd edib ki, Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya qoşunları Donbass və Belarusdan zərbələr endirərək Kiyevi mühasirəyə almağı planlaşdırır.
Daha əvvəl “SP” yazıb ki, ABŞ prezidenti Co Bayden Rusiyadan gələn təhlükə barədə sübut olmadan danışmağa və Ukraynanı təxribata çəkməyə davam edərsə, Krım müharibəsinin təkrarına səbəb ola bilər.