Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

0

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2685 yeni yoluxma faktı qeydə alınıb, 6 558 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

Xatırladaq ki, 19 Fevral 2022-ci il tarixində 3690 yoluxma faktı və 29 ölüm qeydə alındığı açıqlanmışdı. 09 Fevral 2022-ci il tarixində açıqlanmış fakt (7779) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayıdır.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 796 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 196, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 389, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 233 nəfərdir.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »