Son Xəbər: Türkiyədə turist avtobusu ağır  qəzaya uğrayıb, ölən var

0

Türkiyədə turist avtobusu aşıb

Türkiyənin Aksaray və Konya qəsəbələri arasında ölümlə nəticələnən qəza baş verib. Turist avtobusu  yoldan çıxaraq aşıb.

İctimairey.az xəbər verir ki,  Haber telekanalının məlumatına görə, qəza nəticəsində azı 5 nəfər ölüb, daha 26 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların hamısı yaxınlıqdakı xəstəxanalara aparılıb.

İlkin ehtimala görə, avtobus sürücüsünün  yolun buzlaşması səbəbindən idarəetməni itirdiyi ehtimal edilir. Qəza xəbəri üzərinə hadisə yerinə çox sayda sağlamlıq, polis, jandarma  və xilasetmə qrupları sövq edilib.

Avtobusda azərbaycanlıların olub-olmaması barəsində hələlik məlumat yoxdur.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »