SON XƏBƏR: Tərtərdə yol işçiləri minaya düşüb, xəsarət alanlar var

0

Bu gün Tərtər rayonunda mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.

İctimairey.az xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) “Reporta verilən məlumata görə, partlayış minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü Alışan Səfərov Şərif oğlu və 1965-ci il təvəllüdlü Faiq Səfərov İsmayıl oğlu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər. Onların, 42 saylı Yol istismar idarəsinin əməkdaşları olduğu müəyyən edilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

 

 

 76 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »