Bill Qeyts koronavirus pandemiyasının sona çatacağını proqnozlaşdırıb və yenisinə hazırlaşmağa çağırıb
“Microsoft”un qurucusu Bill Qeyts hesab edir ki, koronavirusun omikron ştammı pandemiyanın sonuncu kəskin mərhələsi olacaq və onun sona çatmasına gətirib çıxaracaq.
İctimairey.az xəbər verir ki, o, bu fikri cümə axşamı Almaniyanın “Suddeutsche Zeitung” qəzetinə müsahibəsində bildirib.
“Ümid edirəm ki, koronavirusun omikron ştammının yaratdığı [infeksiya] dalğası [pandemiyanın] sonuncu kəskin mərhələsi olacaq” Bilqeys deyib. Eyni zamanda o, hamının tezliklə bu pandemiyanı unudub başqa böhrana keçəcəyindən qorxduğunu bildirib.
“Ona görə də, indi mesaj belə olmalıdır: hamımız digər pandemiyaya ağılla hazırlaşmalıyıq” deyə amerikalı iş adamı pandemiyaya hazırlığa qoyulan sərmayənin ondan vurduğu zərərlə müqayisədə az olduğunu qeyd edib.
Geyts hesab edir ki, pul üç əsas sahəyə yatırılmalıdır: infeksiyanın mümkün yayılmasının monitorinqi, xəstələrin diaqnostikası və müalicəsi ilə bağlı beynəlxalq tədqiqatlar və səhiyyə sistemlərinin inkişafına. “Bu pandemiya hamı üçün faciəyə çevrildi. Bəxtimiz gətirdi, bu, on qat daha təhlükəli ola bilərdi” deyə o, yekunlaşdırdı.
Bundan əvvəl Microsoft korporasiyasının təsisçisi bildirilmişdi ki, “Növbəti pandemiyanın qarşısını necə almalı. O, (How to Prevent the Next Pandemic) adlı kitab yazıb. Burada sahibkar gələcəkdə pandemiyaların qarşısını almaq, eləcə də planetdəki bütün insanlara daha yaxşı tibbi xidmət göstərmək üçün, hansı addımların atılmasını təsvir edib. Kitabın mayın 3-də nəşri gözlənilir.