Azərbaycan Avropaya “alternativ” qaz tədarükünün artırılması üçün şərtləri açıqlayıb

0

Energetika nazirinin müavini Elnur Soltanov bildirib ki, Azərbaycanın Avropaya qaz tədarükünü artırmaq üçün, kifayət qədər ehtiyatları var, lakin mavi yanacağın ixracının artırılmasından əvvəl qitədəki istehlakçılar tərəfindən konkret müraciətlər edilməlidir.

Neft bazarından fərqli olaraq, qaz yataqları o halda işlənilir ki, alıcılar olsun və müqavilələr bağlansın”, – Nazir müavininin bu gün, fevralın 18-də bildirib.

Onun sözlərinə görə, yeni qaz yatağında hasilata başlamaq üçün, adətən təxminən 6-7 il vaxt lazımdır. Bundan əlavə, mövcud enerji istehsalı bloklarında infrastrukturun saxlanması üçün, investisiyalar lazımdır. Ona görə də, hər şeyi hesablamaq və məsələyə strateji yanaşmağın vacib olduğunu deyən Soltanov qeyd edib ki, Covid-19 koronavirus pandemiyası bu hesablamaları pozaraq qeyri-müəyyənlik yaradıb.

İdarənin rəis müavini xatırladıb ki, təbii qaz ən ekoloji cəhətdən təmiz təbii sərvət hesab edilsə də, qlobal iqlim dəyişikliyi fonunda hətta bu məsələdə uyğunsuzluqlar var.

“Bütün bunlar bank strukturlarının kreditlərin ayrılması ilə bağlı qərarında, eləcə də strateji layihələrdə preroqativlərin verilməsində öz əksini tapıb. Nəticədə işlərin həcmi bahalaşır”, – Soltanov bildirib.

Azərbaycan Energetika Nazirliyinin nümayəndəsi Xəzər dənizindəki “Şahdəniz” yatağının işlənməsi üzrə işlərin üçüncü mərhələsinin planlaşdırılan genişləndirilməsinə diqqət çəkib. Nazir müavini əlavə edib ki, “Abşeron”, “Şəfəq-Asiman”, “Ümid”, “Babək” kimi yataqlarda da kifayət qədər qaz ehtiyatı var.

İctimairey.az  xəbər verir ki, fevralın 15-də Azərbaycan prezidenti İlham Əliyevlə NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı zamanı, Şimali Atlantika Alyansının inzibati rəhbəri Bakının Avropa üçün etibarlı qaz təchizatçısı olmasına, eləcə də qaz təchizatının artırılmasına, mavi yanacağın qərb istiqamətində ixracatına görə  Azərbaycan dövlətinin başçısına təşəkkür edib.

Azərbaycan 2021-ci ildə təbii qaz ixracını təxminən 40% artırıb. Xarici bazarlara mavi yanacağın tədarükü 2020-ci illə müqayisədə 39,8% artaraq 18,9 milyard kubmetr təşkil edib. Qərbdə Azərbaycanın mavi yanacağı Rusiyanın enerji daşıyıcısına “alternativ”lərdən biri kimi baxılır.

 

 

 

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »