Azərbaycandan pomidor ixracı üzrə gəlir 2 dəfə artıb

0

2022-ci ilin Yanvar ayında Azərbaycandan 13 milyon 742 min dollar dəyərində 11 min 470 ton xam pomidor ixrac edilib.

İctimairey.az bildirir ki, Marja Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni ayı ilə müqayisədə pomidor ixracı dəyər ifadəsilə 2 dəfə, miqdar ifadəsilə 64% artıb. Belə ki, 2021-ci ilin Yanvar ayında Azərbaycandan 6 milyon 854 min dollar dəyərində 7 min ton pomidor ixrac edilmişdi.

Azərbaycandan 2021-ci ildə 160 milyon 229 min dollar dəyərində 145 min 217 ton pomidor ixrac edilmişdir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »