SON XƏBƏR: Sumqayıt, Xaçmaz, Lənkaran və Lerik rayonlarında – 5 cinayət işi başlanmışdı. SƏBƏB?

0

Ağacların qanunsuz kəsilməsi faktı ilə bağlı 5 cinayət işi başlanmışdırAzərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən ətraf mühitin qorunması sahəsində hüquqpozmaların qarşısının alınması, aşkar edilməsi və araşdırılması sahəsində aidiyyəti səlahiyyətli qurumlarla birgə fəaliyyəti davam etdirilir.

İctimairey.az –a Respublikanın Baş Prokurorluğunun Mətbuat Xidmətindən daxil olan məlumata görə, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Sumqayıt, Xaçmaz, Lənkaran və Lerik rayonlarının ərazilərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış araşdırma nəticəsində 5 cinayət işi başlanılmışdır.Belə ki, dövlət mülkiyyətində olan, xüsusilə də qorunan ərazilərdə, həmçinin bələdiyyələrin mülkiyyətində olan ərazilərdə və meşə fonduna aid olan ağacların kəsilməsi faktları təsdiqini tapmışdır. Qanunsuz ağackəsmə hallarına aidiyyəti vəzifəli şəxslərin yaşıllıqların mühafizəsi sahəsində üzərlərinə düşən vəzifələrin icrasına səhlankar yanaşması nəticəsində yol verilməsi müəyyən edilmişdir.Cinayət işləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1, 259.2.4 (qanunsuz ağac kəsmə) və 314.1 (səhlənkarlıq) maddələri ilə başlanılaraq istintaqın aparılması üçün rayon və şəhər prokurorluqlarına, eləcə də daxili işlər orqanlarının istintaq bölmələrinə göndərilmişdir.

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »