Milli Məclisin deputatı, Vəhdət Partiyasının (VP) sədri Tahir Kərimli ölümlə hədələnib

0

Ötən gün Milli Məclisin deputatı, Vəhdət Partiyasının (VP) sədri Tahir Kərimli sosial şəbəkələrdə yayılan video-müraciətində təhdid olunduğunu bildirib. 

Millət vəkili Tahir Kərimli oyuncaq əjdaha ilə video çəkərək onu ölümlə hədələyənlərə səslənib:

“Ey məni ölümlə hədələyən, sən məni öldürməklə adi bir insanı ortadan götürəcəksən. Amma mənim yerimə minlərlə oğul yetişəcək ki, onlar dövlətimizi daha da irəli aparacaq. Sən heç kimsən”.

İctimairey.az bildirir ki, partiya sədri, millət vəkili Tahir Kərimli ona qarşı olan təhdidlərlə bağlı Daxili İşlər Nazirliyinə müraciət etməyib

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »