ABŞ Dövlət Departamenti: “Azərbaycanla işləməyi səbirsizliklə gözləyirik”

0

“Biz gələcəyə baxarkən iki ölkə arasında ticarət, təhsil və mədəniyyət əlaqələrini gücləndirməyi səbirsizliklə gözlədiyimiz kimi, Azərbaycanın iqtisadiyyatını şaxələndirmək və Avropanın enerji təhlükəsizliyini gücləndirmək səylərini dəstəkləməyə sadiq qalırıq”.

Bunu ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar söyləyib.

“Biz Azərbaycanın insan hüquqlarına və əsas azadlıqlarına hörməti gücləndirmək səylərini dəstəkləməyə sadiqik. Biz Azərbaycanla və regiondakı digər dövlətlərlə davamlı sülhün əsaslarını yaratmaq üçün çalışacağıq. Diplomatik münasibətlərimizdə bu əlamətdar ildönümünü qeyd edərkən biz təkcə geriyə deyil, həm də irəliyə baxırıq. Biz 30 ildir tərəfdaşıq və mən əminəm ki, tərəfdaşlığımız bizi gələcək onilliklərə aparacaq. Biz hamı üçün demokratik, firavan və dinc gələcək naminə Azərbaycanla işləməyi səbirsizliklə gözləyirik”, – o vurğulayıb.

Qeyd edək ki, ABŞ Azərbaycanla diplomatik əlaqələri 1992-ci ildə, müstəqillik dövründə qurub. Dövlət katibi Ceyms Beyker 1992-ci il fevralın 12-də Azərbaycanda səfərdə olub. Prezident Corc H.V. Buş 1992-ci il fevralın 19-da mətbuata açıqlamasında bu qərarı elan edib. ABŞ-ın Azərbaycandakı Səfirliyi 1992-ci il martın 16-da açılıb, Robert Finn müvəqqəti işlər vəkili təyin edilmişdi.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »