SON DƏQİQƏ: “Siz bizim düşmənimiz deyilsiniz”: Bayden ruslara müraciət edib

0
ABŞ prezidenti Co Bayden Ukrayna ətrafındakı vəziyyətlə bağlı çıxışı zamanı bildirib ki, Vaşinqton Rusiyadakı vəziyyəti, sabitliyi pozmaq niyyətində deyil və ruslar amerikalıların “düşmənləri deyil”.

İctimairey.az xəbər verir ki, müraciət Ağ Evin saytında yerləşdirilib.

2021-ci ilin payızından Qərb siyasətçiləri və mediası Rusiyanın guya Ukraynaya yaxınlaşan “işğalından” danışır. Bir gün əvvəl, bir sıra Britaniya və Amerika tabloidləri hücumun fevralın 16-na keçən gecə başlayacağını elan etmişdilər. Belə ki, Politico-nun anonim mənbəsi bu tarixin ABŞ prezidenti Co Bayden tərəfindən qeyd edildiyini iddia edərək, NATO və Aİ-dəki həmkarlarına xəbərdarlıq edib.

Bayden fevralın 16-da etdiyi müraciətdə Rusiyanın Ukraynaya “hücum” təhlükəsinin “hələ də böyük ehtimal olaraq qalmasına” baxmayaraq, ABŞ-ın böhranı diplomatiya yolu ilə həll etmək niyyətində olduğuna əmin etdi.

“Rusiya vətəndaşlarına müraciət edirəm: siz bizim düşmənimiz deyilsiniz. Mən inanmıram ki, siz Ukraynaya, bu qədər yaxın qohumluq, tarixi və mədəni əlaqələriniz olan ölkəyə və xalqa qarşı qanlı və dağıdıcı müharibə istəyirsiniz”, – Bayden deyib.

O, həmçinin qeyd edib ki, 77 il əvvəl “xalqlarımız çiyin-çiyinə vuruşub”, tarixin ən dəhşətli müharibəsinə son qoyub, indi isə ABŞ və NATO “Rusiya üçün heç bir təhlükə törətmir” və Ukraynada raketlər yerləşdirmək niyyətində deyillər.

“Dünən Rusiya hökuməti açıq şəkildə diplomatik səyləri davam etdirməyi təklif etdi, razıyam, biz bütün diplomatik imkanlardan istifadə etməliyik”, – Bayden əlavə edib.

Qeyd edək ki, Rusiya dəfələrlə Qərbin və Ukraynanın “aqressiv hərəkətlər”lə bağlı ittihamlarını rədd edərək, heç kimi təhdid etmədiyini və heç kimə hücum etmək fikrində olmadığını bildirib. Eyni zamanda, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi təxribatları istisna etməyib və Rusiya vətəndaşlarına Ukrayna ətrafındakı vəziyyətlə bağlı xəbərləri diqqətlə izləməyi tövsiyə edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »