Dəhşətli qətl: 16 yaşında zorla nişanlandırılan  qızın boğazını nişanlısı kəsib

0

Giresunda 16 yaşlı Sıla Şentürk ailəsinin gücü ilə nişanlı olduğu şəxs tərəfindən bıçaqlanıb. Boğazı kəsilən uşaq dünyasını dəyişib. Şübhəli bilinən qatil şəhərdən qaçmağa cəhd edərkən yaxalanıb.

Giresunda 16 yaşlı qız ailəsinin təzyiqi altında nişanlandığı şəxs tərəfindən öldürülüb.

Hadisə səhər saatlarında Erikliman kəndində baş verib. Nənəsinin evində qalan Sıla Şentürk bir müddət əvvəl ailəsinin nişanlandığı 21 yaşlı Hüseyn Can Gökçeklə mübahisə edib.

Gökçek özü ilə gətirdiyi bıçaqla Şentürkün boğazını kəsib. Kiçik qız qan içində olarkən, Gökçek evdən qaçıb. Ailə üzvlərinin olmadığı evdə eşitmə və danışma qüsuru olan nənə vəziyyəti qonşularına bildirərək kömək istəyib.

Ətrafdakıların xəbəri üzərinə polis və sağlamlıq qrupları ünvana cəlb edilib. Sağlamlıq qrupunun idarəsində Sıla Şentürkün həyatını itirdiyi təyin olunub. Şentürkün cansız bədəni prokurorluğun araşdırmasından sonra, yarılma üçün Ədliyyə Tibb Təşkilatının meyitxanasına aparılıb.

Aeroportda tutuldu

Hüseyn Can Gökçek isə, ölkəni tərk etmək üçün getdiyi Ordu-Giresun Hava Limanında polis qrupları tərəfindən yaxalanıb. Giresun  Təhlükəsizlik Müdirliyi,Asayiş Şöbə Müdirliyi, Cinayət Büro Komandirliyi qruplarına təslim edilən Gökçekin sorğusu davam edir.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »