Onunla orta məktəbdə paralel siniflərdə oxumuşuq. Çox vaxtlar bəzi dərsləri bir yerdə keçmişik. Yadımda sinifdə ən sakit, tərbiyəli, bir qədərdə utancaq bir qız kimi qalıb. Şair və aşıq olacağı o vaxtlar ağlımıza belə gəlməyib. Sən demə istedad nəsildən, kökdən gəlirmiş. Sən demə, hələ kiçik yaşlarından aşıq sənətinə və poeziyaya böyük marağı olub. Sonralar şeirlərini oxuyub, Aşıq Pəri məclisində çıxışlarına qulaq asdım. Onun şeirlərində insanın hiss və duyğuları yüksək bədii ifadəsini tapır, musiqi-saz bir vəhdət təşkil edir. Həqiqət xanımın uğurlarına sevindim. Maraqlandım və haqqında bəzi məlumatlar öyrəndim.
1990-cı ildən aşıq Zülfiyyə İbadovadan aşıq sənətinin sirlərini öyrənməyə başlayıb. Sonra aşıq Mahmud Məmmədovdan bu sənətin dərin sirlərini öyrənmək üçün şəyirdlik edirb.
Həqiqət Xəlilova 1993-cü ildən «Aşıq Pəri» məclisinin üzvüdür. 1995-ci ildə AMEA-nın nəzdində yaradılmış, Folklor elmi mərkəzində (indiki Folklor institutunda) ifaçı aşıq kimi fəaliyyət göstərib. Tədbirlərdə iştirakına və çtıxışlarına görə bir neçə fəxri fərmana layiq görülmüşdür. 1997-ci ildən Bakıda 7 saylı Uşaq musiqi məktəbində saz fənnini uşaqlara tədris edib. Şerləri qəzetlərdə, «Məhsəti» ədəbi almanaxında və Əzizə Cəfərzadənin çap etdiyi iki cilddə «Azərbaycanın şair və aşıq qadınları» kitabında çap olunmuşdur.2011-ci ildə “Sazlı spzlü dünyam” kitabı çap olunub.
Təzə kitabının çapdan çıxdığını isə indi sosial şəbəkədə gördüm. Kitabının adı “Bir dəstə çiçəyin həsrətindəyəm” adlanır.
Bu münasibətlə Həqiqət xanımı öz adımdan və qrupumuz adından təbrik edir, yaradıcılıq və pedagoji fəaliyətində uğurlar arzulayıram.
Arif CƏFƏROV SURQUT