Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu, Kiyev şəhərinin meri Vitali Kliçko İnstaqram səhifəsində Ukraynanın paytaxtına sədaqətini ifadə edən yeni paylaşım edib.
Vitalinin paylaşımında deyilir: “Kiyevə sevgi Ərazi Müdafiə Briqadasına yazılmaqdır”.
Qeyd edək ki, Vitali Kliçko sonuncu döyüşü 2012-ci ilin sentyabrında Manuel Çarra qalib gələrək keçirib. Ümumilikdə ukraynalı boksçunun 45 qələbəsi (o cümlədən 41-i nokautla) və iki məğlubiyyəti var.
Bundan əvvəl Vitali bildirib ki, onun qardaşı, ağır çəkidə boks üzrə Ukraynanın keçmiş çempionu Vladimir Kliçko Kiyev Ərazi Müdafiə Briqadasına qoşulmaq üçün ərizə və sənədlər təqdim edib.