Ukrayna tələsi: ABŞ Rusiyanı Avropa bazarından çıxarır

0

Ukrayna böhranının kəskinləşməsi fonunda ABŞ-dan Avropaya maye təbii qaz ixracı artıb.

Axar.az xəbər verir ki, bu barədə “Uoll Strit Jurnal” məlumat yayıb.

Məqalənin müəllifi Daniel Yerginin fikrincə, ABŞ-da neft və qaz hasilatının artması ölkənin geosiyasi və iqtisadi aktivinə çevrilib. Bu da rusiyalı rəqiblərini Avropa bazarından sıxışdırıb çıxarmağa imkan verir:

“Neft və qaz sənayesi 2020-ci ilin yazında pandemiyanın başlaması nəticəsində yaranan qiymət çöküşündən sonra bərpa olunmağa davam edir. Bu artım fonunda ABŞ yenidən dünyanın ən böyük neft və təbii qaz istehsalçısına çevrilib”, – Yergin bildirib.

Müəllif eyni zamanda Amerika neft sənayesinin uğurunu birbaşa Ukrayna böhranının kəskinləşməsi ilə əlaqələndirib:

“Ukrayna böhranı və Avropadakı enerji böhranı ABŞ-ın neft və qaz hasilatının qlobal təsirinə işıq salır”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »